Azərbaycan və Xorvatiya prezidentləri geniş tərkibdə görüşdü – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Yenicag.az-ın məlumatına görə, görüş sentyabrın 6-da dövlət başçıları arasında təkbətək görüş başa çatandan sonra həyata keçirilib.