!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan vətəndaşı Dağıstanda YOXA ÇIXDI - FOTO

!Reklam – Yazi

Azərbaycan vətəndaşı Dağıstanda itkin düşüb.

Yenicag.az xəbər verir ki, Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini, 43 yaşlı Rəcəb Musadibir oğlu Mehdiyevdən 8 gündür xəbər yoxdur.

Ailəsi ilə birlikdə Mahaçqalaya işləmək üçün gedən Rəcəb Mehdiyev 8 gün əvvəl pul çıxarmaq üçün banka girib. Bankdan çıxandan sonra isə onunla əlaqə kəsilib.

Yaxınları bu barədə Dağıstan polisinə məlumat veriblər.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Yuxarı Çardaxlar kənd sakinləri bildiriblər ki, R.Mehdiyev tez-tez Dağıstana gedib-gələn olub. Sonuncu dəfə o, bir müddət əvvəl işləmək üçün Mahaçqalaya gedibmiş. Ora gedəndən bir müddət sonra isə itkin düşüb.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv