!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan xarici işlər nazirinin müavini Albaniyada görüşlər keçirdi

!Reklam – Yazi

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Albaniyada işgüzar səfərdə olub.

XİN-dən Yenicag.az-a bildirilib ki, səfər çərçivəsində Albaniya xarici işlər nazirinin müavini Megi Fino, Albaniya Prezidentinin xarici siyasət üzrə müşaviri Fatmir Çela, Albaniya Baş nazirinin xarici siyasət üzrə müşaviri Odeta Barbulişi, Albaniya Parlamenti sədrinin kabinetinin rəhbəri Kosta Baryaba, sədrin müşaviri Ejona İsufay və Albaniya Parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Anila Denay ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan və Albaniya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Səfər vaxtı Albaniyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə keçirilmiş görüşdə ölkəmizin xarici siyasət prioritetləri, Albaniya-Azərbaycan münasibətləri, regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv