Azərbaycan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

2028-ci ildə keçiriləcək Olimpiyada ev sahibliyi etmək üçün Azərbaycan namizədliyini irəli sürə bilər

Yenicag.az xəbər verir ki, söhbət Yay Olimpiya Oyunlarından gedir.

Bu barədə məlumatı Gənclər və İdman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarının yekunlarına dair həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2028-ci ildə keçiriləcək Olimpiyada ev sahibliyi etmək üçün Azərbaycan namizədliyini irəli sürə bilər. Namizədliyin verilib-verilməməsi isə dövlət başçısının qərarından asılı olacaq.

Qeyd edək ki, müraciətlər 2020-ci ildə gerçəkləşəcək.

Yenicag.az

COP29