!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan yığması “Böyük Dəbilqə” turnirini 8 medalla başa vurdu

!Reklam – Yazi

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

Yenicag.az xəbər verir ki, yarışın son günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov rusiyalı Valeriy Endovitskiyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Millinin digər üzvlərindən bu gün mübarizəyə qoşulmuş Camal Qamzatxanov qızıl, Vüqar Talıbov (90 kiloqram) isə bürünc mükafat əldə edib.

Bununla da Azərbaycan yığması “Böyük Dəbilqə” turnirini 8 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar./Azertag/

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv