!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycana əcnəbi tələbə axınını təmin etmək üçün...” – Aydın Universitetinin sahibindən EFFEKTLİ TƏKLİF

!Reklam – Yazi

“Ölkənin şəhər və universitetlərinin imkanlarını əcnəbi tələbələr üçün açmalıyıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Türkiyənin Aydın Universitetinin sahibi, Avropa Elm və İncəsənət Akademiyası, həmçinin İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) Ali Təhsilin Beynəlxalq İdarəetmə Proqram İdarə Heyətinin üzvü Mustafa Aydın deyib.

Onun sözlərinə görə, Azərbaycan əcnəbi tələbələrin ölkə universitetlərində təhsilə cəlb edilməsi üçün malik olduğu imkanlardan maksimum yararlanmalıdır:

“Azərbaycana ilk dəfə 1997-ci ildə gəldim. Ondan sonra, demək olar, ildə on dəfə buraya gəlirəm. Son on ildə yaranan bir xəyalı rektorlara, dövlətin aidiyyatı orqanlarına səslənərək ilk dəfə burada söyləyirəm.

Deyirəm ki, bizim Azərbaycana əcnəbi tələbələri gətirməyimiz lazımdır. Siz buradaykən media nümayəndələrindən də yardım istəyirəm. Sizdən xahiş edirəm, bu istiqamətdə dövlət orqanlarına yönəlik ictimai təşəbbüs göstərək ki, əcnəbi tələbələrin Azərbaycanda təhsil almağa üstünlük vermələri üçün ölkədə uyğun şərait yaratmalıyıq.

Azərbaycan şəhərlərinin və universitetlərinin imkanlarını əcnəbi tələbələr üçün açmalıyıq. Dövlətin bu məsələləri dəstəkləməsinə ehtiyac var. Bir məqamı qeyd etmək istəyirəm. Bu gün dünyada 8 milyon əcnəbi tələbə var və onların dünya iqtisadiyyatına töhfəsi 320 milyard dollar təşkil edir. Gəlin baxaq, Azərbaycana və Türkiyəyə o 320 milyard dollardan nə qədər pul çatır? Türkiyə o vəsaitdən təqribən 8 milyard dollar alır.

O 8 milyard dollar da sadəcə tələbənin ödədiyi təhsil haqqından formalaşmır, onlar digər sektorlara da pul qazandırırlar. Bu səbəbdən onlara yalnız tələbə kimi baxmamalıyıq.

Mən Azərbaycanın məsul şəxslərinə üz tutub deyirəm ki, gəlin ölkəyə öncə 50 min əcnəbi tələbə gətirək, onları pulsuz yataqxana ilə təmin edək, təyyarə biletlərində 50 faiz endirim olsun, ödənişsiz nahar verək, ailələri buraya gələndə onları gəzdirək.

Başlanğıcda normal təşviq sistemi qura bilsək, bu, əcnəbi tələbələr üçün bir yol açarsa, bunun ardı da gələcək. Ancaq onu da unutmayaq ki, Azərbaycanın tanıtımı, lobbisi, diasporu, iqtisadiyyatı, təhsilin keyfiyyəti və müxtəlif ölkələrdə gələcək fəxri səfirlərin yetişdirilməsi üçün bu işlər görülməlidir.

Bundan başqa, artıq təhsil dörd divar arasında alınmır. Əgər tibb kimi spesifik sahə deyilsə, o zaman tələbələr onlayn rejimdə də ali təhsil ala bilər. Azərbaycan artıq qiyabi təhsillə bağlı siyasətinə yenidən baxmalıdır”.

A.Zeynalov

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv