!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana ekstradisiya edilmiş Taleh Yusifov hakim qarşısına çıxarılır - VİDEO

!Reklam – Yazi

Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Taleh Yusifov barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenicag.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Taleh Rəşid oğlu Yusifovun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsinin üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsinə, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsinə, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin müəyyənləşib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Yunis Rafiq oğlu Səfərov (məhkum edilib), Rövşən Elçin oğlu Əsədov və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib.

Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv