!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlir - SİYAHI

!Reklam – Yazi

Azərbaycana gələn turistlərin sayı artıb.

Yenicag.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 138 ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 33,1 faizi Rusiya Federasiyası, 24,3 faizi Türkiyə, 13,1 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, 1,9 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Qazaxıstan, hər birindən 0,9 faiz olmaqla Hindistan və Oman, hər birindən 0,7 faiz olmaqla Almaniya və Pakistan, 0,6 faizi ABŞ, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,0 faizini kişilər, 19,0 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 658,0 dəfə, Səudiyyə Ərəbistanından – 460,7 dəfə, Küveytdən – 200,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 54,2 dəfə, Bəhreyndən – 36,3 dəfə, İsraildən – 11,0 dəfə, Pakistandan – 9,7 dəfə, Hindistandan – 9,2 dəfə, ABŞ-dan – 4,3 dəfə, Fransadan – 3,5 dəfə, Qazaxıstandan – 3,1 dəfə, Rusiya Federasiyasından – 2,1 dəfə, Böyük Britaniyadan – 2,0 dəfə, Ukraynadan – 1,8 dəfə, İrandan -1,8 dəfə, Türkiyədən – 1,8 dəfə, Gürcüstandan – 1,2 dəfə artıb.

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 33,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 56,7 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 6,5 min nəfər olub.

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv