!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana ən çox turist hansı ölkədən gəlib?

!Reklam – Yazi

Ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan – 8,6 dəfə, Türkmənistandan – 5,0 dəfə, Özbəkistandan – 5,0 dəfə, Belarusdan – 3,6 dəfə, Çindən – 3,1 dəfə, Qazaxıstandan – 3,0 dəfə, Küveytdən – 2,9 dəfə, Omandan – 2,2 dəfə, İsraildən – 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 1,9 dəfə, Gürcüstandan – 1,6 dəfə, ABŞ-dan – 1,6 dəfə, Rusiya Federasiyasından – 1,5 dəfə, Böyük Britaniyadan – 47,6 faiz, Türkiyədən – 40,7 faiz, Ukraynadan – 19,8 faiz, İrandan – 15,6 faiz artıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.

2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb. Ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv