Türkiyənin “Beşiktaş” klubunun Azərbaycana səfəri dəqiqləşib.
Yenicag.az xəbər verir ki, bunu açıqlamasında İstanbul təmsilçisinin prezidenti Fikret Orman deyib.
O, ölkəmizdə kifayət qədər “Beşiktaş” azarkeşi olduğunu bildirib:
“Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Ötən il qardaş ölkəyə səfər edə bilməsək də, bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib”.