!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana Gürcüstandan avtomobil idxalı azalıb: Səbəb nədir? - AÇIQLAMA/VİDEO

!Reklam – Yazi

Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azalsa da qiyməti kəskin artıb.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu ilin ilk altı ayı ərzində Gürcüstandan Azərbaycana 226 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil gətirlib.

2023-cü ilin birinci yarısında Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 74,8% artıb, sayı isə 2% azalıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bunun başlıca səbəbi Azərbaycanda ölkəyə idxal edilən avtomobillərlə bağlı tətbiq edilən məhdudiyyətdir.

Ekspert qeyd edib ki, növbəti ildən Gürcüstanın özündə də avtomobil idxalına bəzi məhdudiyyətlər qoyacaq:

“Bu isə Azərbaycan bazarına da təsir edə bilər”.

Statistikaya əsasən, ötən ilin birinci yarısında Gürcüstan Azərbaycana 129,3 milyon dollar dəyərində 14 498 ədəd avtomobil ixrac edib.

Daha ətraflı süjetdə:

 

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv