Azərbaycana maska istehsalı üçün lazımi xammal gətirildi

“Hökuməti pandemiyaya görə qınamaq olmaz”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov tibbi maska və spirt çatışmazlığı ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib.

“Dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər. Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb ki, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək həmişə mümkün olmur. Amma spirt məhsulları istehsal olunur, qablaşdırılması problemi vardı. Bu məsələ yoluna qoyulub, amma proses davam edir. Tələbat böyükdür, istehsalın artırılması üçün iş görülür”.

Onun sözlərinə görə, ötən gecə maska istehsalı üçün lazımi xammal ölkəyə gətirilib.

COP29