!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana məxsus TIR-lar Türkiyədə təmənnasız xidmət edir - FOTO

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələdən əziyyət çəkən insanlara Azərbaycandan 120-dən çox yük maşını ilə yardım daşınıb. Hazırda da müxtəlif regionlardan, eləcə də Naxçıvandan bu daşımalar davam edir.

Yenicag.az xəbər verir ki, sözləri ABADA-nın İdarə Heyətinin üzvü şirkətinin rəhbəri Azad Cəfərov deyib.

Onun sözlərinə görə, təbii fəlakətdən sonra ölkəmizdən toplanan yardımların daşınması üçün Türkiyə səfirliyindən, qardaş ölkədən olan iş, biznes adamlarından xahişlər daxil olurdu.

“Biz də, yəni daşıyıcı şirkətlər bu xahişləri nəzərə alaraq, daşınma qaydalarına uyğun olaraq hazırlanan yardımların müqdarını müəyyən etdikdən sonra 20-dən çox yük maşınını təmənnasız olaraq bu işlərə cəlb etdik.

Sonrakı günlərdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ABADA tərəfindən birgə koordinasiyalı işlərin görülməsi ilə bağlı qərar qəbul edildi.

“Aparılan yardımlara görə, hər hamsısa ödəniş qəbul edilməyib. Bütün şirkətlər, təmənnə güdmədən xidmət göstəriblər. Eyni zamanda yüklərin daşınması ilə bağlı lazımi sənədlər də nazirlik və ABADA tərəfindən təmin edilib”.

A.Cəfərovun sözlərinə görə, fəlakət zonasına yardım aparan TIR-lar Türkiyə ərazisində də yardım, təhcizat, təminat yükərinin daşınmasında da iştirak edirlər. O qeyd edib ki, əlavə olaraq yüzlərlə TIR yardımların qardaş ölkəyə daşınması üçün hazir vəziyyətə gətirilib.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv