!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana nar ixracından daxil olan valyuta 8 faiz artdı

!Reklam – Yazi

2022-ci ildə Azərbaycandan 31 milyon 564 min dollar dəyərində 23 min 335 ton nar ixrac olunub.

Yenicag.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan 29 milyon 253 min dollar dəyərində 21 min 717 ton nar ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 7,9, miqdar ifadəsilə 7,5 faiz artıb.

Bir ton narın orta ixrac qiyməti 2021-ci ildəki 1347 dollardan 2022-ci ildə 1353 dollara yüksəlib.

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv