!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycana qarşı daha bir QƏRƏZ: 2024-cü ilin Olimpiya Oyunlarında iştirakına qadağa qoymağa çağırdılar

!Reklam – Yazi

Xristian hüquq müdafiəçiləri Azərbaycana qarşı qərəzli addım atıblar. Onlar  2024-cü il Olimpiadasında Azərbaycanın iştirakının qadağan edilməsinə çağırıblar.

Yenicag.az xəbər verir ki, Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatı (CSI) Beynəlxalq Olimpiya Komitəsini (BOK) Azərbaycan milli komandasının və hökumət rəsmilərinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakına qadağa qoymağa çağırıb.

CSI direktoru Con Eybner və CSI-nin Fransa ofisinin rəhbəri Anjelik Qurle BOK prezidenti Tomas Baxdan Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlüyünü dayandırmasını istəyib.

Xristian hüquq müdafiəçiləri bir az da qabağa gedərək daha bir absurd təklif irəli sürüblər.

Onlar “yoxlanılmış” Azərbaycan idmançılarının 2024-cü il oyunlarında “öz dövlət bayrağı, digər milli və ya dini simvollar olmadan neytral oyunçu” kimi iştirak etməsinə icazə verilməsini təklif ediblər.

Xuraman Etibarlı

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv