!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı GMO TERRORU: “Xəstəliklərin cavanlaşması və sayının kəskin artması...”

!Reklam – Yazi

“Qida məhsulun geninin dəyişdirilib-dəyişdirilmədiyini vizual olaraq müəyyən etmək qeyri-mümkündür”

Bu fikirləri geni dəyişdirilmiş qidaların insan orqanizminə mənfi təsirləri haqda danışan ekspert Elsevər Fərzəliyev Yenicag.az-a aşıqlamasında deyib.

Onun sözlərinə görə, geni dəyişdirilmiş məhsulların sivilizasiya xəstəliklərinin yaranmasında böyük rolu var:

“Geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsi, yaxud ölkədə bu məhsulların istehsal edilməsi prezindent İlham Əliyevin müvafiq sərəncamları ilə qadağan olunub. Hüceyrə daxilindəki genlərin dəyişdirilməsi ilə başqa xüsusiyyətlər qazanana bu tip məhsullar insan orqanizmində maddələr mübadiləsi zamanı müəyyən fəsadlara gətirib çıxarır.

Gen irsi xüsusiyyətlərin daşıyıcısıdır. Əgər hər hansı bitkinin geninə digər bitkinin genini əlavə edəriksə, o halda həmin bitki növbəti nəsildə əlavə edilmiş bitkinin xüsusiyyətlərini özündə daşıyacaq. Əksər hallarda saxlanılma qabiliyyəti daha artıq olan məhsulların geni dəyişdirilir. Lakin insan orqanizmi həmin məhsulların qəbul etməkdə çətinlik çəkir və nəticədə ümumi həyat tərzinin pozulması və maddələr mübadiləsi müəyyən pozuntular baş verir.

Məhsulun geninin dəyişib-dəyişmədiyini vizual olaraq müəyyən etmək qeyri-mümkündür. Biz gen dəyişdirilməsini laborator analizlərin cavabı əsasında müəyyənləşdirə bilərik. Hazırda gəncləşən və çoxalan sivilizasiya xəstəliklərinin əksəriyyətini məhz haqqında danışılan qida məhsullarının qəbulunun nəticəsi kimi dəyərləndirmək olar. Müəyyən çeşidli yağlar insan orqanizmində sərbəst radikalların mövcudluğunu şərtləndirir. Qidalandıqdan sonra maddələr mübadiləsində baş verən dəyişikliklər nəticəsində insan bədənində müəyyən xəstəliklərin yaranması üçün zəmin formalaşır.

Bu isə nəticə etibarilə, xəstəliklərin cavanlaşmasına və sayının kəskin artmasına yol açır. Sivilizasiya xəstəliklərinə ürək-damar, mədə-bağırsaq, şəkərli diabet, sinir sistemi və sair xəstəliklər daxildir. Geni dəyişdirilmiş məhsulların da bu xəstəliklərin inkişafında böyük təsiri var”.

İsmayıl Bakuvi

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv