Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparanların STATİSTİKASI

Reklam: High Technic

Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində 2019-cu ildə aparılan tədbirlər nəticəsində müqabil dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda 15 nəfər (12 Azərbaycan Respublikası, 1 Rusiya Federasiyası, 1 İran İslam Respublikası, 1 Gürcüstan vətəndaşı) və əməkdaşlığa cəlb edilmiş 1 nəfər (Azərbaycan Respublikası vətəndaşı) barədə məlumatlar əldə olunub, onlardan 6 nəfər barədə aidiyyəti dövlət orqanları məlumatlandırılıb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

İl ərzində 26 Azərbaycan vətəndaşının müxtəlif səbəblərdən İran İslam Respublikası və Rusiya Federasiyası ərazisində saxlanaraq həbs olunmaları barədə məlumatlar əldə edilib.

Onların saxlanma səbəbləri araşdırılıb, qayıdışdan sonra müvafiq filtrasiya tədbirləri həyata keçirilərək toplanılmış materillar aidiyyəti üzrə göndərilib.

Qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib./Report/

www.yenicag.az

297