Azərbaycana qayıdarkən pul qabısını itirdi… – Türkiyə vətəndaşından nümunəvi addım

Antalya tətilinden sonra Azərbaycana qayıtmaq istəyən Elnur Seydiyev adlı şəxs çətin anlar yaşayıb.

Yenicag.az xəbər verir ki, o, ölkəsinə dönən zaman pul qabısını itirib. Çıxılmaz vəziyyətdə qalan Seydiyev ətrafdakılardan yol pulu almağa başlayıb.

Lakin çox keçməyib ki, Azərbaycan vətəndaşının pul qabısı tapılıb.

Onun pul qabısı tramvayda aşkarlanıb. Lakin pul qabını tapan şəxs onun içində Seydiyevin əlaqə nömrəsini aşkarlamayıb. Sevindirici haldır ki, Türkiyə vətəndaşı pul qabını polis bölməsinə təslim edib.

Mustafa Sayın adlı polis əməkdaşı isə çətinliklə də olsa, Elnur Seydivlə əlaqə saxlaya bilib. Bu, Seydiyevin portmanatında olan mağazanın endirim kartı sayəsində reallaşıb. Mağazadan polisə Azərbaycan vətəndaşının əlaqə nömrəsi verilib. Ardınca polis əməkdaşı Elnurla əlaqə saxlayaraq itən pul qabını ona geri qaytarıb.

Qeyd edək ki, pul qabının içində 800 dollar, 925 türk lirəsi və 15 rus rublu olub. Bu isə ümumilikdə 1600 manata bərabərdir.

COP29