Azərbaycana qış gəldi

Azərbaycana qış fəsli daxil olub.

Yenicag.az xəbər verir ki, bu gün yerli vaxtla saat 20:27-də Azərbaycanda qış fəsli başlayıb.

Dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsi olacaq.

Gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə davam edəcək. Həmin an cənub yarım kürəsində isə ən uzun yay gecəsi olacaq.