Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı artıb

2018-ci ildə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 6% və yaxud 153 min nəfər artaraq 2,8 mln. nəfərə çatıb.

Dövlət Turizm Agentliyindən Yenicag.az-a verilən məlumata görə, ötən ilin dekabr ayında isə Azərbaycana gələn əcnəbilərin sayı 1% artıb.

2018-ci ildə Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələrinin vətəndaşları ümumi səyahətçi axınının 2/3 hissəsini təşkil edib. Bu istiqamətlərdən gələnlərin sayı artsa da, əvəzində iranlı turistlərin sayı azalıb.

Qeyd edək ki, Yaxın Şərq ölkələrindən Azərbaycana gələnlərin sayı 35%, Asiya ölkələrindən gələnlərin sayı isə 55% artıb. Müsbət dinamikaya görə Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.

COP29