!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti Brüssel görüşü: "Paşinyan görüşlərdə müsbət mesajlar verir, ölkəsinə qayıdan kimi..."

!Reklam – Yazi

“Situasiya sülhdən daha çox alovlanmağa yaxındır”.

Bu fikri atəşkəsin pozulması ilə paralel danışıqların getməsini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, masadakı danışıqlar sahədəki icra ilə tərs mütənasibdir:

“Bundan əvvəl Brüsseldə 4 görüş baş tutmuşdu. Onların nəticəsi nə olmuşdusa, 5-ci görüşün də nəticəsi o olacaqdı. Avropada Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Avropa İttifaqına daxil olan ölkələrin rəhbərləri Ermənistanla Azərbaycan münasibətlərini necə görmək istəyirlərsə, həmin yol xəritəsini bildirirlər. Avropanın istəklərinin sahədəki icraçıları Azərbaycanla Ermənistandır. Avropanın görmək istədiyini Ermənistan edəcək?.. Brüssel görüşündə ölkə başçıları ölkələrin kvadrat metrini dəqiqləşdirdi. Üstüörtülü bu o deməkdir ki, gələcəkdə bütün mübahisələrinizi o rəqəmlərin üzərində qurun. Ərazilərin ölçüləri üzərindən danışmaq o anlama gəlir ki, həmin rəqəmlər sərhədə çevrilməlidir. Tərəflər o ölçülərlə sərhədin keçməsini razılaşdıra biləcəklər? Siyasi olaraq qəbul edilir ki, kvadrat metr üzərindən mübahisələr razılaşdırılacaq. Məsələ ondadır ki, bu razılaşmanı sahədə həyata keçirən hərbçilərdir. Hərbçilər isə bunu silahla müəyyən edə bilirlər.

Atəşkəsin pozulması Ermənistanın yeni çıxış yolu deyil. Ermənistan iki il yarımdır bu xətti götürüb. Bunun səbəbi verilən sözlər və götürülən öhdəliklərin sahədə yerinə yetirilməməsidir.

Ermənistan cəmiyyəti çox aqressivdir. Azərbaycan və Türkiyə ilə bağlı bütün müsbət mesajlara Ermənistan cəmiyyəti aqressiv yanaşır. Aqressivlik artan kimi Nikol Paşinyan geri addım atır. Bu, o deməkdir ki, bütün danışıqlar sıfırlanır.

Ermənistanda elə bir siyasi iradə lazımdır ki, görüşdə dediyi sözü sahədə icra edə bilsin. Bu, yoxdur. Azərbaycan tərəfi ən azı verdiyi bəyanatları, sözləri hissə-hissə yerinə yetirir. Ermənistan birinci bunu öz cəmiyyətinə qəbul etdirməlidir, sonra icraya başlamalıdır. Paşinyanın ehtiyatlandığı şeylərdən biri də hakimiyyətini itirmək qorxusudur. Paşinyan görüşlərdə müsbət mesajlar verir, ölkəsinə qayıdan kimi 180 dərəcə dəyişir. Belə olanda da şərti sərhəddə aqressivlik artır. Qarabağda 10 minə yaxın silahlı var. Məsələ ondadır ki, onların mülkiləşdirilməsinə danışıqlarda belə toxunulmur.

Cəmiyyətlər sülh gözləyir. Ancaq situasiya sülhdən daha çox alovlanmağa yaxındır. Sülh sazişinin olub-olmaması, Ermənistana daha çox lazımdır. Azərbaycana lazım olan hissə isə Zəngəzur dəhlizi və daxildəki qeyri-qanuni birləşmələrdir. Bizim bu iki əsas məsələmiz qalıb. Yerdə qalan məsələlər və sülh sazişinin olması ilə bağlı isə onlar yalvarmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv