!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana xaricdən pul axınının SƏNGİMƏSİ: “Rusiyada iqtisadi vəziyyətin daha da ağırlaşması...”

!Reklam – Yazi

“Müharibənin uzun müddət davam etməsi xaricdən Azərbaycana pul köçürmələrinin həcminə təsir edir”.

Bu fikirləri Mərkəzi Bankın verdiyi statiskaya əsasən, xaricidən Azərbaycana pul köçürmələrində müşahidə edilən azalmanın səbəbləri haqda danışan iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, xaricdən Azərbaycana pul köçürmələrində azalmanın əsas səbəbi Rusiya-Ukrayna müharibəsinin davam etməsidir:

“Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ildə xaricdən ölkəyə pul köçürülmələrinin həcmi kəskin artmışdı. Çünki insanlar öz kapitallarını bu ölkələrdən çıxarırdılar.

Əsasən də Rusiyaya tətbiq edilən sanksiyalardan qorunmaq istəyən həmyerlilərimiz öz vəsaitlərini Azərbaycana göndərməyə üstünlük verirdilər.
Müharibənin ilk dövrlərində hətta Rusiya vətəndaşları belə öz kapitallarını Azərbaycana köçürürdülər və bir çox sahibkarlar ödəmələrini ölkəmiz üzərindən həyata keçirirdilər.

Lakin hazırda müharibənin uzanması səbəbindən Rusiyada iqtisadi vəziyyət daha da çətinləşib. Hesab edirəm ki, bu vəziyyət orada yaşayan həmyerlilərmizin maddi rifahina mənfi təsir göstərir. Bu da xaricdən Azərbaycana pul köçürmələrinin həcminin azalmasında özünü büruzə verir”.

Nuray Məmmədzadə

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv