!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycançılıq ideologiyası və görülən işlər: Boşluqları necə aradan qaldırmalı? - TƏHLİL

!Reklam – Yazi

İdeologiya hər hansı xalqın, millətin və dövlətin dünyada tanınması üçün vacib olan amillərdən biridir. Azərbaycançılıq ideyası da xalqımızın qədim tarixindən müasir dövrümüzə qədər qazandığı milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürmək, dilimizi, adət-ənənələrimizi qorumaqla gündən-günə qloballaşan dünyada dəyərlərimizin qorunması yolunda atılan addım deməkdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün atdığı uğurlu addımlardan və təqdim etdiyi universal dəyərlər sistemindən biri də Azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya Azərbaycan cəmiyyətinin varlı-kasıb, kişi-qadın demədən uşaqdan böyüyə qədər qəbul edilən, öyrənilən anlayışdır.

Bu yolda prezident İlham Əliyevin də atdığı çox sayda uğurlu addım var. Azərbaycançılıq ideologiyasının qlobal miqyasda milli mentallığını qoruyub saxlaması məhz İlham Əliyevin adı ilə bağlıdır.

Sözügedən mözvu ilə bağlı politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında bildirib ki, təbliğat uzunmüddətli sayıla biləcək proseslərdən biridir:

“İdeologiya təbliğatı üçün uzun zaman lazımdır. Yəni konkret olaraq hansısa zaman kəsiyində kampaniya xarakterli atılan addım deyil. Azərbaycan var olduğu müddətdə azərbaycançılıq ideyası birləşdirici faktor kimi hər zaman bizimlə birlikdə olacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycançılıq ideyası anlayışı təkcə Azərbaycan sərhədləri daxilində yaşayan vətəndaşlara aid olan amil deyil.

Məlum olduğu kimi, prezident İlham Əliyev həm Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının, həm də son olaraq Ankarada keçirilən toplantıda məhz dünyada yaşayan azərbaycanlıların sayının 50 milyondan çox olduğunu bəyan etdi. Azərbaycançılıq ideyası, əslində, dünyada yaşayan azərbaycanlıları bir araya gətirərək eyni məfkurə ətrafında birləşdirir. Bu baxımdan, kontekst olaraq təbliğat sadəcə sərhədlərimiz çərçivəsində getməli deyil. Daha geniş miqyasda bu ideyanın təbliği istiqamətində addımlar atılmalıdır.

Azərbaycançılıq ideyasının təbliğatında müsbət sayılacaq bir çox addımlar var. Son dövrlər xüsusilə daha lakonik şəkildə Azərbaycançılıq ideyasının təbliği istiqamətində müvafiq addımlar atılır. Ancaq yetərlidirmi? Heç şübhəsiz ki, yetərli deyil. Bir çox istiqamətdə sahələr prosesdən kənarda qalır. Söhbət konkret olaraq media və yaxud digər bu kimi kütləvi informasiya vasitələri müstəvisində həyata keçirilən informasiya siyasətindən getmir. Adətən, belə mühüm ideyalar sətiraltı, insanların şüuruna emosional təsir göstərəcək formada təbliğ olunmalıdır. Bunun üçün də Azərbaycanda çəkilən teleserialların bu məfkurənin xətt olaraq içərisindən keçməsi çox vacib şərtdir.

Vacib olan pafos, yüksək səslə Azərbaycan haqqında həqiqətləri çığırmaqdan ibarət deyil. Bu, detallı olaraq ayrı-ayrı sujetlərin içərisində adi insanların həyatından keçən xətt kimi təbliğ olunsa, daha tez qəbul olunar, ideyanın mahiyyətinin daha tez dərk edilə bilməsinə şərait yaradar. İstənilən şəkildə şüarlar səsləndirə bilərik, ancaq son nəticədə bu şüar emosional təsirə malik olmayacaq.
Əgər diqqət etsəniz, son illər qardaş Türkiyədə, o cümlədən Qazaxıstanda, Özbəkistanda məhz bu cür milli ideyaların təbliği ilə bağlı çoxsaylı film və seriallar çəkilib. Onların hər birinin bətnində ümumi türk məfkurəsi ilə yanaşı, ideoloji faktorlar xüsusi olaraq yer alır. Bu baxımdan, biz də sözügedən sahədə industriya qurmalı, fəaliyyətimizi davam etdirməliyik. Düşünürəm ki, bu zaman daha effektiv nəticələrə nail ola bilərik”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

939
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv