!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycançılıq ideologiyasının birləşdirdiyi GƏNCLİK: Vətən müharibəsində qələbə qazandıran məfkurə - TƏHLİL

!Reklam – Yazi

Azərbaycançılıq xalqın ümummilli mənafelərin qorunması istiqamətində səfərbər edilməsi deməkdir. Bu ideologiya Ulu öndər Heydər Əliyevin cəmiyyətimizə verdiyi universal dəyərlər sistemindən biridir. Hər bir azərbaycanlı özünü xalqın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməlidir. Həmçinin onu zənginləşdirmək üçün fəaliyyət göstərməlidir.Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən politoloq Tural İsmayılov bildirib ki, azərbaycançılıq ideologiyası dövlətçiliyin, müstəqilliyin, həmçinin burada yaşayan xalqların qardaşlığı və həmrəyliyinin daşıyıcısı kimi çıxış edir.

“Milli ideologiyanı institutlaşmanı təmin edən vasitə kimi görmək mütləqdir. Vurğulanan səbəbdən tarixən qurulan istənilən dövlətə nəzər yetirsək, milli ideologiya axtarışında olduğunu görərik. Azərbaycanda Ulu öndər Həydər Əliyevin hakimiyyətə gəlişi ilə müəllifi olduğu arazərbaycançılıq ideologiyası rəsmi status aldı. Xalqı birləşdirən azərbaycançılıq ideologiyası Azərbaycanı parçalanmadan qurtararaq müstəqilliyin əbədi olmasını təmin etdi.

Ulu Öndərin əsasını qoyduğu ideologiyanın təsiri bu gün də özünü göstərir. Torpaqlarını düşmən tapdağından qurtaran, milliyyətindən asılı olmayaraq, xalq birliyini, gənclərin vətənpərvər ruhda böyüməsini təmin edən məhz azərbaycançılıq ideologiyasıdır.

Bu gün müasir dövrün tələblərinə uyğun olaraq yüksək səviyyədə aparılan azərbaycançılıq məfkurəsinin təbliğatını genişləndirməliyik. Azərbaycançılıq ideologiyası fonunda Azərbaycan xalqının dövlətə və ölkə başçısına sevgisi daim özünü göstərir. Yeni ideoloji xəttimizdə ordu vacib nöqtədə dayanır. 44 günlük müharibə zamanı Azərbaycan xalqı ordu oldu, ordusunun yanında yer aldı. Bir sözlə, azərbaycançılıq ordusu yarandı. Yeni dövrdə də hərbi vətənpərvərlik təbliğatı bu rakursdan ailədə, məktəbdə, mediada daim diqqətdə saxlanılmalıdır.

Eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış”ı da ideoloji olaraq şərh etməliyik. Qarabağın dirçəldilməsi, cənnətməkana çevrilməsi fonunda Azərbaycan qayıdışın milli ideologiyasının modelini yaradıb. İdeologiya və mənəvi bağ olmasa, Qarabağda görülən işlər bu qədər tez bir zamanda başa gətirilə bilməzdi”.

Yenicag.az-a açıqlamasında Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə bildirib ki, yeni nəsil azərbaycanlı olmağın qürunu daha çox hiss edir:

“Çünki bu gün tarixi-coğrafi, həm də siyasi-ideoloji baxımdan 50-60 milyonluq xalqın azərbaycançılıq ideologiyasi ətrafında bir olması çox gözəl hissdir. Əvvəlki illərlə müqayisədə hazırda azərbaycançılıq ideologiyasının təbliği daha təqdirəlayiqdir. Çünki 30 il öncə bu ideologiyanın hansı mənanı kəsb etdiyi o qədər də dəqiq deyildi. Hazırda isə xalqı birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti gənclərə daha məzmunlu şəkildə təbliğ olunur.

Bu ideologiyanın əsasının qoyulması məhz Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq ideologiyası Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsi ilə nəticələndi. Vətənpərvər ruhda yetişən gənclər – milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs bu ideologiya ətrafında birləşdi və dövlətimizi bəladan xilas etdi.

Hazırda azərbaycançılıq ideyası öz mahiyyətini daha da genişləndirib. Bu gün 50-60 milyonçluq Azərbaycan xalqı bu ideologiya ətrafında birləşib. Bu gün gənclərimiz azərbaycançılığı dar və məhdud anlamda başa düşmür. Çünki bütöv Azərbaycan məfkurəsi fonunda bu ideologiya Azərbaycan Respublikasının hüdudları ilə məhdudlaşmır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv