!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 100 mindən çox psixi xəstə var - ŞOK STATİSTİKA

!Reklam – Yazi

2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı 6983 nəfər olub.

Yenicag.az xəbər verir ki, bu barədə Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Rəsmi statistikadakı rəqəmlərdən məlum olur ki, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı xeyli artıb.

Belə ki, əgər 2020-ci ildə 4039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onlar 4751 nəfərə, 2022-ci ildə isə 6983 nəfərə çatıb.

Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106299 nəfər, 2021-ci ildə 109107 nəfər idi.

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv