!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 1057 minik avtomobili yığılıb, 478-i anbarlarda qaldı

!Reklam – Yazi

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1057 ədəd minik avtomobilləri istehsal edilib (yığılıb).

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 262 ədəd və ya 33% artıb.

01.07.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 478 ədəd təşkil edib.

Cari ilin ilk 6 ayı ərzində Azərbaycanda 259 ədəd traktor istehsal edilib. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 12,5 faiz azalıb. 01.07.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 31 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda yığılan minik avtomobillərinin böyük hissəsi dövlət tərəfindən alınır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər və Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv