!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 17 yaşlı qız qətlə YETİRİLDİ - FOTO

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi Qax rayonunda baş verən qətllə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hazırda 17 yaşlı qızın qətlində şübhəli bilinən şəxs və şəxslər axtarılır.

Mahir Məsimov əlavə edib ki, dünən saat 19 radələrində 2005-ci il təvəllüdlü A. Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

“Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib, hazırda hadisəni törədən şəxs və yaxud şəxslərin tutularaq istintaqa təhvil verilmələri istiqamətində əməliyyat – istintaq tədbirləri davam etdirilir”.

***

Qaxda 17 yaşlı qız qətlə yetirilib.

Hadisə bu gün axşam saatlarında şəhərin Cavanşir Rəhimov küçəsi, ev 5 ünvanında baş verib.

Belə ki, həmin evdə kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıcaqlanaraq qətlə yetirilib. 17 yaşlı qızın meyiti kirayə yaşadığı evdə aşkarlanıb.

Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv