!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 19 faydalı qazıntı yatağı hərraca çıxarılır

!Reklam – Yazi

Sentyabrın 27-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

Bu barədə Yenicag.az-a nazirlikdən bildirilib.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək. Hərracda hər biri 1 lot üzrə Daşkəsən rayonu “Çovdar” keramika xammalı, Tovuz rayonu “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Siyəzən rayonu “Gilgilçay III” qum-çınqıl yatağı, Şəki rayonu “Qaşqaçay” qum-çınqıl yatağı, Bakının Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağı, Tərtər rayonu “Söylən” qum-çınqıl yatağı, İsmayıllı rayonu “Bilistan II” qum-çınqıl yatağı, Qəbələ rayonu “Türyançay III” qum-çınqıl yatağı, Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı, Bakının Qaradağ rayonu “Şonqar” qum-çınqıl yatağı, 8 lot üzrə Ağstafa rayonu “Yuxarı Salahlı” qum-çınqıl yatağı, 3 lot üzrə İmişli rayonu “İmişli” qum-çınqıl yatağı, 7 lot üzrə İmişli rayonu “Bəhrəmtəpə I” qum-çınqıl yatağı, 3 lot üzrə İmişli rayonu “Bəhrəmtəpə II” qum-çınqıl yatağı, 4 lot üzrə Şabran rayonu “Gilgilçayın cənub-qərb cinahı” qum-çınqıl yatağı 2 lot üzrə Siyəzən rayonu “Gilgilçayın cənub-qərb cinahı” qum-çınqıl yatağı, 5 lot üzrə Qax rayonu “Kürmükçay” qum-çınqıl yatağı, 6 lot üzrə Zaqatala rayonu “Qaraçay I” qum-çınqıl yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 3 000 – 118 382 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin internet səhifəsində “Hərraclar” bölməsində tanış olmaq mümkündür ( www.meda.gov.az).

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % miqdarında beh məbləğini ödəmək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv