!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda 20-dən artıq partiyanın 5 min üzvünün olması qeyri-mümkündür” – Keçmiş partiya sədri

!Reklam – Yazi

“Hamı bilir ki, qeydiyyatdan keçmiş iyirmidən çox partiyadan üç-dördünü çıxandan sonra yerdə qalanları partiya deyil”.

Bu fikirləri siyasi partiyaların təkrar qeydiyyat prosesinin yekununu dəyərləndirən fəaliyyətini dayandırmış Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) keçmiş sədri Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, zamanında partiyanın fəaliyyətinin dayandırılması haqqında qərar düzgün addım olub:

“Sizə səmimi deyirəm, görünür, onlara ciddi güzəşt oldu. Digər tərəfdən, yəqin ki, o imzalar dostlardan, tanışlardan “xahiş edirəm, buraya qol çək” formasında alınıb. Yəni onlar üzv deyillər… Azərbaycanda 20-dən artıq partiyanın 5 min üzvünün olması qeyri-mümkündür.

Yeni Azərbaycan Partiyasının üzvləri çoxdur, bu, aydındır. Deyək ki, narazıların da bir hissəsi müəyyən partiyalara yaxınlaşır, yerdə qalanlarına niyə getməlidirlər? İnsanlar ilk növbədə öz problemlərini həll etmək istəyirlər. O partiyalar nəyisə həll edirlərmi? Təbii ki, etmirlər.

Ona görə də mən hesab edirəm ki, bu töhmətdən qurtarmaq lazım idi. Hər dəfə soruşurdular ki, partiya fəaliyyət göstərir, göstərmir? Nə qədər üzvünüz var? Bu baxımdan, düşünürəm ki, partiyanın fəaliyyətinə xitam verilməsi düzgün qərar olub.

Onsuz da partiya sədrlərinin çoxu siyasi ekspert kimi çalışır, yerdə qalanlarının isə heç səsi də gəlmir. Yaxşı, qeydiyyatdan keçdilər, amma bununla nə qazana bilərlər ki? Hamı bilir ki, qeydiyyatdan keçmiş iyirmidən çox partiyadan üç-dördünü çıxandan sonra yerdə qalanları partiya deyil…

Əminəm ki, onlar da nə vaxtsa bu cür ölə-ölə yaşamaqdansa, birdəfəlik ölməyin yaxşı olduğunu qəbul edəcəklər. Hər kəs bacardığı işlə məşğul olsa, yaxşıdır. Yeri gəlmişkən, fəaliyyətin dayandırılması haqqında qərarı ilk dəfə bizim partiya qəbul etdi. Bizdən sonra təqribən otuz partiya eyni addımı atdı. İnşallah, daha on beşi də eyni qərarı qəbul edər”.

A.Zeynalov

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv