Azərbaycanda 20 yaşlı tələbə vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Elməddin İslamzadə vəfat edib.

Yenicag.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Sumqayıt şəhər sakininin leykoz xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, mərhum ADİU-nin Biznes və menecment fakültəsinin 3-cü kurs tələbəsi idi.