Azərbaycanda 28 nəfər SAXLANILDI – RƏSMİ

Ötən gün ərzində törədilmiş 21 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

COP29