!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 3 özəl sığorta şirkəti tənəzzüldədir - SİYAHI

!Reklam – Yazi

2022-ci ilin birinci yarısında (yanvar-iyun) Azərbaycanın sığorta şirkətləri tərəfindən 491 milyon 605 min manat sığorta haqları hesablanıb.

Yenicag.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında sığorta şirkətlərinin hesabladıqları sığorta haqları 39 milyon 239 min manat və ya 8,7% artıb.

“Ata Sığorta”, Dövlət Sığorta Kommersiya Şirkəti, “Günay Sığorta”, və “Meqa Sığorta” şirkətinin hesabladığı sığorta haqları azalıb, digər şirkətlərin hesabladığı sığorta haqları isə artıb.

Ən çox azalma 10,4 dəfə olmaqla Dövlət Sığorta Kommersiya Şirkətindədir. Geriləmə dövlət icbari şəxsi sığortalarının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsilə bağlıdır.

Hesablanan sığorta haqlarında azalma “Ata Sığorta”da 2,9 dəfə, “Günay Sığorta”da 1,6 dəfə, “Meqa Sığorta”da isə 30%-dir.

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv