!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərləndi

!Reklam – Yazi

Cəlilabadda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində baş verib.

Cəlilabad şəhər sakinləri, 1988-ci il təvəllüdlü Almaz Əliqəmbər qızı Abbasova, 1993-cü il təvəllüdlü Zəhra Əliqəmbər qızı Həşimova, 2010-cu il təvəllüdlü Aysel Xəqani qızı Abbaslı, 2012-ci il təvəllüdlü Vüsalə Xəqani qızı Abbaslı və 2013-cü il təvəllüdlü Fatimə Elmin qızı Həşimova zəhərlənib. Onlar rayon xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.

Qeyd edək ki, zəhərlənən şəxslər yaxın qohumdurlar.

Faktla bağlı araşdırma aparılır./Apa/

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv