Azərbaycanda 4 otaqlı ev yandı

Abşeron rayonunda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Novxanı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m² sahədə və digər otaqda 1 ədəd dolab 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.