!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 43 dövlət əmlakı hərraca çıxarılır

!Reklam – Yazi

İyunun 14-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bu barədə Yenicag.az-a nazirlikdən bildirilib.

Hərraca 43 dövlət əmlakı çıxarılıb. Bunlardan 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 30-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri arasında iaşə obyekti, yardımçı təsərrüfat, yun tədarükü məntəqəsi var. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 16 – 9 297 kvadratmetr arasında dəyişir.

Nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Hərraca çıxarılan 30 avtomobilin ilkin start qiyməti 1 500 – 6 750 manat arasında dəyişir. İstehsal tarixləri isə 1970-2011-ci illəri əhatə edir.

Tam siyahı ilə burada tanış olmq mümkündür: (https://bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv