Azərbaycanda 8 otaqlı ev kül oldu

Ağdaşda 8 otaqlı ev yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonun Aşağı Zeynəddin kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.