Azərbaycanda qaçqın statusu alan 83 nəfər əcnəbi var.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş mandat əsasında yaşayan şəxslər də var:
“Bu gün Azərbaycanda həmin şəxslərin sayı 2 min 101 nəfər təşkil edir. Azərrbaycanda qaçqın statusu alan müxtəlif ölkə vətəndaşları olmasına baxmayaraq, Əfqanıstan vətəndaşları çoxluq təşkil edir.
Qaçqınlar arasında isə İran, Suriya, Rusiya və Misir vətəndaşları da az deyil var”.