Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda adı dəyişdirilib, məlumat lövhəsi "kraskalanan" nazirlik - FOTO

Bu ilin aprelində keçirilən Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində müəyyən struktur dəyişiklikləri aparıldı. Bunun nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı.

Bununla belə aradan altı ay keçməsinə baxmayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyi tabeliyindəki bəzi qurumların tanıtım lövhələrində müvafiq dəyişiklik aparmağı lazım bilməyib. Belə olmasaydı, Musiqili Teatrın binası qarşısında tanıtım lövhəsi dəyişdirilmək əvəzinə üzərindəki yazı pozulmazdı.

Məsələyə aydınlıq gətirmək üçün teatrın direktoru Əliqismət Lalayevlə əlaqə saxladıq.

Yenicag.az-a açıqlama verən teatrın direktorunun cavabı belə oldu:

“Artıq sifarişlər verilib, yaxın zamanlarda lövhə dəyişdiriləcək”.

Cəvahir

www.yenicag.az

10774
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100