!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin sayı açıqlandı

!Reklam – Yazi

Bu ilin üç ayında Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hesabat dövründə qeydiyyat orqanlarında 557 vətəndaşın adının, ata adının və soyadının, dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, 2022-ci ildə 2300-dən artıq vətəndaşın adının, ata adının və soyadının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv