!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzda qəza zamanı bağlanan yol açıldı - FOTO - YENİLƏNDİ

!Reklam – Yazi

Oğuz rayonunda TIR-ın qəza törətdiyi ərazidə bağlanan magistral yol açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Onun sözlərinə görə, qəzadan dərhal sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.

Daha sonra yük avtomobili həmin ərazidən götürülüb və avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

***

11:46

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi TIR qəzaya düşüb, magistral yol bağlanıb.

Yenicag.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, xarici vətəndaşın idarə etdiyi 254-AFM-05 Qazaxıstan dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetmədən çıxıb.

Nəticədə TIR-ın bir neçə metr uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.

Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb./report/

 

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv