Azərbaycanda ağır qəza – Yaralananlar var

Kürdəmir rayonunda yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hunday” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində rayon sakinləri – 1988-ci il təvəllüdlü Vasif Arif oğlu Səmədov və 1994-cü il təvəllüdlü Nicat Şəriət oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/