Azərbaycanda ağır yol qəzası – 3 ölü, 4 yaralı

Ağcabədi rayonunda yol qəzası baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Ağcabədi rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.