“Azərbaycanda alternativ və bərpa olunan enerjinin payı 18%-ə çatır” – Nazir

“Şist neft-qazın son illərdə dünya enerji bazarına və bazar iştirakçılarının mövqeyinə təsiri bir daha göstərir ki, hələ də karbohidrogenlər dünya iqtisadiyyatında həlledici mövqeyə malikdir. Bununla belə, ənənəvi enerji yaşıl enerji ilə müqayisədə üstünlüyünü itirməkdədir”.

Yenicag.az xəbər verir ki, bunu “Yaşıl gələcək üçün innovasiya” forumunda çıxış edən Azərbaycan energetika naziri Pərviz Şahbazov deyib.

P.Şahbazovun sözlərinə görə, enerji vasitələrinin siyasi məqsədlərin alətinə çevrilməsi enerji təhlükəsizliyinə xələl gətirir:

“Son illər neft qiymətlərində dəyişikliklər bir daha onu göstərir ki, təkcə enerjiyə çıxışı olmayan ölkələr deyil, həmçinin enerji ilə zəngin ölkələr də alternativ yollar tapmalıdırlar. Proqnozlara görə, 2040-cı ilə kimi dünyada elektrik enerjisi sektoruna qoyulan investisiyaların 2/3-si alternativ və bərpa olunan enerji sektorunun payına düşəcək. Əldə edilən enerjinin də 40%-ni bu sahə təşkil edəcək. Hazırda Azərbaycanda alternativ və bərpa olunan enerjinin payı 18%-ə çatır”.

Nazir bildirib ki, Azərbaycan hazırda EBRD və ADB ilə birlikdə alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı layihələr həyata keçirir./Report/

COP29