Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb.
Yenicag.az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, Aİ ilk dəfə olaraq Naxçıvanda belə genişmiqyaslı tədbir təşkil edib. Bu tədbirdə Aİ-nin 17 səfiri də daxil olmaqla, 60 nümayəndəsi iştirak edir.
K.Yankauskas əlavə edib ki, bəzi Avropa şirkətləri artıq NMR-da fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı kimi sahələrə sərmayələr yatırırlar.
Nümayəndəliyin rəhbəri daha sonra qeyd edib: “Aİ Azərbaycanın böyük tərəfdaşıdır. Aİ Azərbaycanın həm neft, həm də qeyri-neft sektorunda böyük sərmayəçidir. Biz Azərbaycanı etibarlı tərəfdaş kimi çox yüksək qiymətləndiririk”./Trend/