!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə tələbi LƏĞV EDİLİR? – Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“Avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbinin aradan qaldırılması ilə bağlı məsələ ailə üzvlərinə şamil edilir”.

Bunu Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbinin aradan qaldırılması ilə bağlı Milli Məclisə tövsiyə olunan məsələni şərh edərkən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.


O, etibarnamənin tamamilə ləğv edilir kimi qələmə verilməsinin doğru olmadığını, bu istiqamətdə daha da sadələşdirilmiş işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib:

“Avtomobil idarə edilməsi üçün etibarnamələr 3 kateqoriya üzrə verilir:

1) Ailə üzvləri və yaxın qohumluq bağı olan şəxslərə;

2) Şirkətlər və onların əməkdaşları. Bu, kommersiya məqsədi daşıyır;

3) Alqı-satqı edilən nəqliyyat vasitələrinin sahiblərinə.

Hazırkı dönəmdə avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbinin aradan qaldırılması yuxarıda qeyd etdiyim birinci kateqoriyaya aiddir.

Onsuz da etibarnamənin verilməsi qaydası sadələşdirilib. Yəni elektron yolla tətbiqi yükləyib orada tələb olunan məlumatları doldurmaqla etibarnamənin verilməsi mümkündür. Məsələn, atam xəstədir və mən evin bir oğluyam. Mən atamdan bir illik etibarnaməni niyə alım? Yaxud bəlkə bir il ərzində atam sağ qalmayacaq. O etibarnamə mənə nə verəcək? Bu, əslində ailə arasında çətinliklər yaradır.
Həmçinin etibarnamənin verilməsinin sadələşdirilməsi nəqliyyat vasitələrinin alqı-satqısı işində də əhəmiyyətli rol oynayacaq. Təxminən Bakıda il ərzində 10-15 min avtomobilin alqı-satqısı həyata keçirilir. Yəni bu da 10-15 min avtomobilin alqı-satqı işinin sadələşməsi ilə nəticələnə bilər.

Etibarnamənin tamamilə ləğv edilir kimi qələmə verilməsi doğru olmaz. Çünki bu, hüquqi prosesdir və etibarnamənin verilməsi istiqamətində sadələşdirilmiş işlər görülür”.

Sadiq Cavadov

www.yenicag.az

1301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv