Azərbaycanda avtomobil idxalı artırılıb – 2,4 dəfə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 19 336 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Yenicag.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 234 ədəd və yaxud 2,38 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 179 ədədi və yaxud 0,93%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi və yaxud 89,7%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 722 ədədi və yaxud 8,9%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 90 ədədi və yaxud 0,47%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 10 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 31 ədəd və yaxud 20,94% azalıb, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 10 247 ədəd və yaxud 2,44 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 927 ədəd və yaxud 2,17 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 29 ədəd və yaxud 47,54% artıb.