!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda azad sahibkarlığa DƏSTƏK: Liberal iqtisadi inkişaf necə təmin edilir? - TƏHLİL

!Reklam – Yazi

Ölkəmizdə son illərin iqtisadi göstəricilərinə baxdıqda azad sahibkarlıq və liberal iqtisadiyyata təşviqin genişlənməkdə olduğunu görürük. Bu isə özlüyündə iqtisadi sahədə yeni imkanları ehtiva edir. Prezident İlham Əliyevin siyasi kursuna nəzər yetirsək, məhz liberal iqtisadiyyatın inkişafı ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanıldığının şahidi olarıq. Belə ki, liberal iqtisadiyyatın dəstəklənməsi, sahibkarlara yeni imkanların yaradılması, kredit resurslarından istifadənin əlçatanlığı və s. bu kimi görülən işlər həmin sahənin daha da inkişaf etdirilməsi ilə bağlıdır.

Hazırda regionlarda kommunikasiyaların inkişaf etdirilməsi istiqamətində görülən işlər xarici investisiyanın cəlbi üçün əlverişli zəmin yaradır. Bu gün istər yerli, istərsə də xarici kapital hesabına regionlarda yaradılan yeni istehsal müəssisələrinin qurulması fonunda yeni iş yerlərinin açıldığı müşahidə edilir. Yaxın gələcəkdə iqtisadi sahədəki bu prosesin daha da inkişaf edəcəyi proqnozlaşdırılır.

Milli Məclisin deputatı Vahid Əhmədov Yenicag.az-a açıqlamasında bildirib ki, liberal iqtisadiyyatın təşviqi üçün Azərbaycanda lazımi qanunlar parlament tərəfindən qəbul olunub:

“Həmçinin inhisarçılıq və monopoliyanın aradan qaldırılması, azad rəqabət mühitinin formalaşdırılması, ayrı-seçkiliyin aradan qaldırılması üçün mühüm addımlar atılıb. Liberal iqtisadiyyata təşviqlə bağlı qərarlar yaxın keçmişdən – 1992-ci ildən sonra qəbul olunmağa başlayıb. Keçən dövr ərzində uğurlu layihələr həyata keçirilib, sahibkarlara öz sahələrində inkişaf üçün yollar açılıb. Nəticədə isə Azərbaycanda hazırda kifayət qədər sahibkar kütləsi formalaşıb.

Düzdür, hər sahədə olduğu kimi, burada da müəyyən problemlər mövcud olub. Vergi və gömrük məsələləri ilə bağlı aparılan islahatlardan sonra narazılıq yaradan məqamlar, demək olar, tam aradan qaldırılıb.

Azərbaycanda iqtisadi sahədə ən vacib istiqamətlərdən biri də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir. İş yerlərinin açılması, əhalinin sosial rifahının yüksəldiməsində kiçik və orta sahibkarlığın inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün həm Milli Məclis, həm də aidiyyəti qurum tərəfindən təşəbbüs göstərilir. Sahibkarlarla regionlarda görüşlər keçirilir, müzakirələr aparılır, həll olunmalı məsələlər diqqətdə saxlanılır”.

Yenicag.az-la fikirlərini bölüşən iqtisadçı Xalid Kərimli isə bildirib ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi sahəsində ən böyük problemlərdən biri məhz ölkədə rəqabət mühiti ilə bağlıdır:

“Rəqabət mühitinin formalaşdırılması üçün verilən mühüm qərarlardan biri də 2024-cü ilin iyul ayında qüvvəyə minəcək Rəqabət Məcəlləsi ilə bağlıdır. Bunu da zəruri edən əsas məsələlərdən biri məmur, istehsal, idxal inhisarçılığıdır. Yeni qanun kifayət qədər proqressivdir. Rəqabət Məcəlləsinin mövcud problemləri aradan qaldıracağına inanırıq.

Azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi ilə bağlı qanun 90-cı illərdə qəbul edilib. Belə ki, həmin qanunda ticarət azadlığı və sahibkarların qiymət formalaşdırması məsələsi xüsusi vurğulanıb. 2020-ci ildə yaradılan Azərbaycan İnvestisiya Holdinqi isə liberal iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımdır. Yəni özəlləşdirilə bilən dövlət müəssisələrinin özəlləşdirilməsi azad sahibkarlığın iqtisadi inkişafda rolunu artıracaq mühüm məsələlərdən biridir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv