!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda azad sahibkarlıq, liberal iqtisadiyyat: Bu sahənin inkişafında hansı addımlar atılıb?

!Reklam – Yazi

Dünyada azad ticarətin müasir sisteminin təxminən 200 il öncə əsası qoyuldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatın yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan iqtisadiyyatının inkişafı üçün fundamental islahatlara başlanıldı.

İqtisadiyyatı inkişaf etdirmək üçün vacib amillərdən biri sahibkarlara əlverişli mühitin yaradılmasıdır.

Əlavə olaraq ölkədə xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi də iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir zamanda bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək olmaz.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Bu səbəbdən Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biri kimi görülür. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar, həmçinin bir çox layihələrə imza atılıb.
İstənilən ölkədə sosial sahənin inkişafı iqtisadiyyatın və azad sahibkarlığın hansı səviyyədə inkişaf etdiyindən asılıdır. Aparıcı dövlət kimi Azərbaycanda da əlverişli biznes mühitinin inkişaf etdirilməsi əsas prioritetlərdən biridir. Bu sahədə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları vardır. Bu proqramlar regionlarda istehsal müəssisələrinin artmasında və işsizliyin aradan qaldırılmasında mühüm rol oynayıb.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu davam etdirən  Prezident İlham Əliyev azad bazar iqtisadiyyatının inkişaf etdirilməsi üçün özəl sektorun inkişafını hər zaman diqqət mərkəzində saxlayır. Liberal iqtisadiyyat beynəlxalq miqyasda ticarətin əlçatanlığını təmin edir. Azərbaycan Beynəlxalq iqtisadi münasibətlərin artıq fəal iştirakçılarından biridir. Liberal iqtisadiyyatın və azad sahibkarlığın inkişafı dövlətimizin prioritet istiqamətlərindəndir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadiyyat eksperti Eldəniz Əmirov bildirib ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üçün mütləq şəkildə dövlətin iqtisadiyyatda rolu tədricən mümkün qədər azaldılmalı, azad sahibkarlığın həcmi isə getdikcə artmalıdır:

“Liberal iqtisadiyyatdan söhbət gedirsə, dövlətin oynadığı əsas rol tənzimləmə funksiyasiya ilə bitməlidir. Neo-liberalizm isə dövlətin iqtisadiyyatda rolunu daha da artırır. Bu gün bizdə neo-liberalizm daha çoxdur, nəinki liberalizm. Azərbaycanda liberal iqtisadiyyatın inkişaf etdirilməsi yolunda bir sıra addımlar atılsa da, yetərsiz qalır. Bu, liberal iqtisadiyyatın inkişaf etdirilməsində istək yoxdur demək deyil. Liberal iqtisadiyyatı ən üst səviyyədə inkişaf etdirmək mümkündür. Bunun üçün dövlətin iqtisadiyyata rolunu nisbətən azaltmaq lazımdır. Azad rəqabət mühitinin dəstəklənməsi liberal iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq addımlardan biridir”.

Mövzu ilə bağlı iqtisadiyyat eksperti Xalid Kərimli isə bildirib ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi yolunda son 30 il ərzində uğurlu addımlar atılıb:

“30 il öncə Azərbaycanda özəl sektorda inkişaf yox idi. Dövlət mülkiyyəti özəlləşdirilib, sahibkarlığın fəaliyyəti üçün qanunvericilik bazası yaradılıb, sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şərait qurulub və daha çox işlər görülüb”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv