!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bacısını yatdığı yerdə öldürən qardaşla bağlı yeni xəbər - FOTO

!Reklam – Yazi

Qaxda bacısını öldürən Jora Papiaşvilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenicag.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də saat gecə saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib./Lent.az/

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv