!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bank kartlarından istifadə artdı - RƏQƏMLƏR

!Reklam – Yazi

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin iyun ayında may ayı ilə müqayisədə 225 min ədəd artaraq 12 milyon 244 min ədədə çatıb.

Yenicag.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin sonu ilə müqayisədə (6 ayda) ödəniş kartlarının sayı 1 milyon 204 min ədəd artıb.

İyun ayında əməkhaqqı kartları 19 min ədəd artaraq 2 milyon 669 min ədədə, digər debet kartlarının sayı 186 min ədəd artaraq 4 milyon 576 min ədədə, kredit kartlarının sayı isə 25 min ədəd artaraq 1 milyon 551 min ədədə yüksəlib.

Sosial kartların sayı isə 6 min ədəd azalaraq 3 milyon 448 min ədədə düşüb.

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv